Mədəniyyətlərarası
dialoqda mədəni irsin
təbliğinin rolu
Oktyabrın
13-də AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı
ilə ölkəmizin Macarıstandakı və
Polşadakı diplomatik nümayəndəlikləri
tərəfindən “Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan
mədəni irsinin təbliğinin rolu”
mövzusunda sərgi açılıb. Mərkəzi
Elmi Kitabxanada
keçirilən sərgidə hər iki
səfirlik tərəfindən Azərbaycanın mədəni
irsinə dair çap
olunan kitablar nümayiş etdirilir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək macar və polyak dilində nəşr olunan kitabların əhəmiyyətini qeyd edib. Bildirilib ki, ümumilikdə 200-dək nəşr polyak, 150-dən çox əsər macar dilində çap olunub.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini əks etdirən bu kitablar Avropa ictimaiyyətinin ölkəmiz haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradır.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan-Macarıstan ictimai, siyasi və mədəni əlaqələrinin tarixindən danışıb, ölkələrimizin zəngin mədəniyyətinin milli çərçivədən çıxaraq ümumdünya mədəniyyətinin bir parçasına çevrildiyini deyib.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bildirib ki, məhz nəşrlər vasitəsilə tarixi həqiqətlərimiz Avropa ictimaiyyətinə çatdırılmalıdır. Səfir Azərbaycanın qədim tarixinin və mədəniyyətinin təbliği məqsədilə Polşanın təhsil, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən təşkilatları ilə geniş əlaqələr qurulduğunu bildirib.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski və Polşa səfirinin elçi müşaviri Anje Yankovski Azərbaycanın mədəni irsini layiqincə təbliğ etməyin əhəmiyyətini vurğulayıblar.
MEK-in direktoru
Leyla İmanova sərgidə
nümayiş olunan və
MEK-ə hədiyyə edilən bu
kitabların elektron variantının “Milli rəqəmsal yaddaş”a daxil ediləcəyini deyib..
Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 4.