Ölkəmiz Dünya Sağlamlıq Səyahət Şurasının iclasında təmsil olunub

 

Dubayda Beynəlxalq Tibbi Sağlamlıq Turizmi sərgisi çərçivəsində Dünya Sağlamlıq Səyahət Şurasının iclası keçirilib. İclasda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası (AHTTSA) da təmsil olunub.

İclasda sağlamlıq turizminin gələcək perspektivləri, mövcud marketinq strategiyasına, hədəf qruplarına və potensial bazarlarına yenidən baxılması, bu sahədə tədrisin təşkili və digər mövzularla bağlı müzakirələr aparılıb.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının nümayəndəsi "Azəbaycanda sağlamlıq turizmin inkişafı, müalicə üstünlükləri və üsulları" adlı təqdimatla çıxış edib. Qonaqlara Azərbaycanın sağlamlıq turizmi imkanlarını əks etdirən reklamçap məhsulları təqdim olunub.

Sonda keçirilən səsvermə nəticəsində İordaniya Krallığının nümayəndəsi doktor Favzi Al-Hammouri qurumun yeni rəhbəri seçilib.

 

Mədəniyyət.- 2015.-  14 oktyabr.- S. 9.