"Top Resa" sərgisinin
yekunlarına həsr olunmuş görüş
Oktyabrın 8-də
Mədəniyyət və Turizm Nazirliyində
ölkəmizin 29 sentyabr - 2 oktyabr tarixlərində Parisdə keçirilən
"Top Resa" beynəlxalq
turizm sərgisində
iştirakının yekunlarına həsr olunmuş
görüş keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin əməkdaşları, ölkəmizi sərgidə təmsil etmiş şirkətlərin, turizm sənayesinin digər nümayəndələri iştirak edib.
Görüşdə Fransanın Turizm Agentliklərinin Milli Assosiasiyası (SNAV) ilə birgə bu ilin 9 noyabr tarixində Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialına dair təqdimatın keçirilməsi, iki ölkənin turizm sahəsində fəaliyyət göstərən şirkətləri arasında B2B formatında görüşlərin təşkili, eləcə də nazirlik, Azərbaycan Turizm Assosiasiyası və SNAV arasında anlaşma memorandumunun imzalanması məsələsi də müzakirə edilib.
"Silk Way travel" şirkətinin direktoru Şirzad Əfəndiyev təmsil etdiyi şirkətin ölkəmizə daha çox xarici turistlərin gəlməsini təmin edəcək yeni kampaniyası barədə məlumat verib.
Fransa paytaxtında keçirilən "Top
Resa 2015" beynəlxalq sərgisi
zamanı Azərbaycanın stendində ölkəmizin turizm imkanları, mədəni irsimizlə
bağlı ziyarətçilərə məlumatlar verilib, fransız və ingilis
dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş
olunub, habelə işgüzar
görüşlər keçirilib. Bu il "Top
Resa 2015" sərgisində 160 ölkə
iştirak edib.
Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 9.