Qafqaz Albaniyasına səyahət”

Azərbaycan Yaradıcılıq Fondu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Qafqaz Albaniyasına səyahət" adlı layihə həyata keçirir. Layihə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində tədbirlərinin dövlət maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqənin "Mədəni irstarixi abidələrimizin təbliği" mövzusunda qalibi olub.

Layihə çərçivəsində Oğuz, Qəbələ və Qazax rayonlarında yerləşən Qafqaz Albaniyası abidələrinə ekskursiyalar təşkil olunub, tarix-mədəniyyət abidələri haqqında rayon gənclərinə geniş informasiya verilib.

"Qafqaz Albaniyasına səyahət" layihəsi üzrə daha bir neçə rayonda bu səpkili tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 7.