LahıcdaMultikulturalizm Azərbaycan folklorumövzusunda tədbir

 

Oktyabrın 10-da AMEA Folklor İnstitutu, İsmayıllı Rayon İcra Hakimiyyəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Mədəniyyət Turizm Nazirliyi Mədəniyyətşünaslıq Elmi-Metodik Mərkəzinin iştirakı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsindəMultikulturalizm Azərbaycan folklorumövzusunda tədbir keçirilib. Tədbirdə rayonda yaşayan azsaylı xalqların mədəni dəyərlərinin, adət-ənənələrinin, sənət peşə sahələrinin qorunması, folklorunun toplanması tədqiqi məsələləri müzakirə edilib.

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar KazımoğluMultikultural Azərbaycan folklor”, Mədəniyyətşünaslıq Elmi-Metodik Mərkəzinin direktoru Asif UsubəliyevMədəniyyətlərarası dialoq folklor”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Vidadi RzayevÖlkəmizdə multikulturalizm tolerantlıqmövzusunda məruzələrlə çıxış ediblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Olqa Jabinanınİvanovka kəndində yaşayan malakanların həyatı, məişəti folkloru”, Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədlininİsmayıllı bölgəsinin folklorunda multikulturalizm təmayülləri digər mövzularda məruzələr dinlənilib.

Qərara alınıb ki, Lahıcda bölgənin etnik folklorunun toplanması işinin mərkəzləşmiş qaydada həyata keçirilməsi üçün Folklor İnstitutunun yerli nümayəndəliyi yaradılsın. Tədbirin sonunda Lahıc qəsəbəsinin, eləcə Mollaisaqlı, Sumağallı, İvanovka kəndlərinin folklor qruplarının çıxışları maraqla qarşılanıb.

 

Mədəniyyət.-  2015.-  14 oktyabr.- S. 7.