“Ədəbiyyat
paytaxtı”nda Bəxtiyar Vahabzadənin yubileyi
qeyd olunub
Oktyabrın
9-da Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəz və
Şamaxı Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə Xalq şairi,
tanınmış dramaturq, ədəbiyyatşünas
və ictimai xadim Bəxtiyar
Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir Bəxtiyar Vahabzadənin 90 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilib.
İştirakçılar əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova açıb. Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, institutun aparıcı elmi işçisi Rasim Nəbioğlu, AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli və başqaları çıxış ediblər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən Şamaxının 2015-ci ildə "Azərbaycanın Ədəbiyyat Paytaxtı" elan olunduğunu, Xalq şairinin yubiley tədbirinin bu çərçivədə gerçəkləşməsinin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, ölkə Prezidentinin sərəncamları ilə görkəmli şəxsiyyətlərin yubileylər tədbirləri keçirilir. Ölkəmizdə yaradıcılıq mühitinin, zəngin ənənələrinin dəstəklənməsi və inkişaf etdirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sonda Elmi-Metodik
Mərkəz tərəfindən dəyirmi masa
iştirakçılarına B.Vahabzadənin "Ömür qatarı" kitabı hədiyyə
olunub. Mərkəz tərəfindən
Şamaxı Rayon İcra
Hakimiyyətin nümayəndələrinin iştirakı ilə
hazırlanmış müxtəlif metodiki
vəsaitlər rayon mədəniyyət
müəssisələrinin rəhbərlərinə təqdim
edilib.
Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 7.