Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib

 

Oktyabrın 10-da tanınmış aktrisa, Azərbaycanın Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib.

Nuriyyə Əhmədova 1950-ci il dekabrın 26-da anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1970-1974). Sənət fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Teatrında başlayıb.

Əsas yaradıcılıq fəaliyyətiAzərbaycanfilmkinostudiyası ilə bağlı olub. Kinoya 1982-ci ildəMozalansüjetlərində çəkildikdən sonra gəlib.Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət”, “Yuxu s. filmlərdə yaratdığı maraqlı obrazlar qalereyası ilə tamaşaçıların rəğbətini qazanıb. Aktrisanın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. 2007-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 14.