Turizm Menecment Universitetində tələbələrlə görüş

Azərbaycan Turizm Menecment Universitetində İraqın ölkəmizdəki səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Səfirlik əməkdaşlarınınİslam tolerantlığımövzusunda çıxışları ali təhsil ocağının beynəlxalq münasibətlər regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələri tərəfindən maraqla qarşılanıb. Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova beynəlxalq münasibətlər kafedrasının müdiri Kənan Allahverdiyev qonaqlara maraqlı çıxışlarına görə təşəkkür ediblər.

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 4.