Xalqımızın
söz abidəsi
Oktyabrın 13-də Oğuz rayon Mərkəzi kitabxanasında "Kitabi-Dədə Qorqud” dastanı xalqımızın söz abidəsidir” mövzusunda dəyirmi masa keçirilib. MKS-nin direktoru S.Mikayılova tədbirin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı ölkə başçısının 20 fevral 2015-ci il tarixli sərəncamına əsasən keçirildiyini bildirib.
Tarix-diyarşünaslıq muzeyinin direktoru A.Xudiyeva, kitabxananın oxuculara
xidmət şöbəsinin müdiri N.Manafova, oxu zalının
müdiri İ.Rəhmətullayeva, xidmət
şöbəsinin baş
kitabxanaçısı A.Fərzəliyeva dastandan
söz açıb, söz
abidəsinin adının əbədiləşdirilməsindən,
gənc nəslin tərbiyəsində rolundan
danışıblar.
Mədəniyyət.- 2015.- 16
oktyabr.- 13.