“Tanrı sevdiyim peşəni seçməyimə imkan yaradıb”

 

Elnur Hüseynov: “Zaman bizi gözləmir. Zamana qalib gəlməyi bacarmalıyıq

 

O, sənət mühitində - tanınmış rəssam, Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun ailəsində dünyaya göz açıb. Atasının zəngin rənglər dünyası onu da öz sehrinə salıb, bu ecazkar sənət aləminin daimi sakininə çevirib. Görkəmli fırça ustasının yolunu tutub getmək övladı - rəssam, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun qismətinə yazılıb.

1965-ci ildə Bakı şəhərində anadan olan Elnur Hüseynov 1980-1984-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda təhsil alıb. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Rəssamlıq Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Xızı Rayon Mədəniyyət Şöbəsinin müdiri, Mədəniyyət Turizm Nazirliyində məsləhətçi digər vəzifələrdə çalışıb. 2012-ci ildən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktorudur.

O, illərdir çalışdığı mədəniyyət sahəsində öz işi, təşkilatçılıq bacarığı ilə həmişə nümunə olmağa çalışıb. Bu gün 50 yaşını qeyd edən Elnur Hüseynov həmişəki kimi, yenə işinin başında olacaq.

Rəssam deyir ki, insan neçə yaşında olursa-olsun, həmişə gənclik illərini daha yaxşı xatırlayır. Çünki insan həmin yaşlarında hansı mərtəbədədirsə, deməli, bu mövqeni ona gənclik illərindəki çalışmaları qazandırıb. Qazanılan hər uğurun təməlində məhz o illərin zəhməti dayanır.

Həyata sırf yaradıcı şəxs kimi yanaşan rəssam hər açılan səhəri insan həyatı üçün mühüm hadisə kimi qiymətləndirir. Deyir, bəxti onda gətirib ki, Tanrı sevdiyi peşəni, həyatı seçməyinə imkan yaradıb: “İstər şəxsi, istərsə həyatımda ətrafımda yaxşı insanlar olub. Tanrının bəxş etdiyi bu xoşbəxtlikdən zövq almaq lazımdır. Ona görə insan yaşadığı hər günü sevincli, bayram kimi qəbul etməlidir”.

O həm bugünün işini sabaha saxlamağı sevmir: “Zaman bizi gözləmir. Biz vaxtı itirəndə qazana bilmirik. Ona görə zamana qalib gəlməyi bacarmalıyıq”.

Vəzifəsi ilə bağlı işlər yaradıcılığına mane olmur. Deyir ki, bəzən səhərə kimi emalatxanada işləyirəm. Bu günə kimi bir çox tanınmış rəssamların yubiley tədbirlərini, sərgilərini təşkil edən qurumun rəhbəri kimi öz yubiley sərgisinə hələ hazır olmadığını bildirir. Buna səbəb isə, əlbəttə ki, məsuliyyət zaman qıtlığıdır. Deyir, sərgini yeniliklərlə dolu, rəngarəng etmək lazımdır. Xaricdə ölkəmizdəki muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir araya gətirməyi növbəti yubileyə planlaşdırır.

Biz Mədəniyyətqəzeti olaraq Elnur müəllimi 50 illik yubileyi münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları, möhkəm cansağlığı arzulayırıq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 10.