Yeniyetmə
ifaçının uğuru
Bu yaxınlarda Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” beynəlxalq musiqi müsabiqəsində BMA-nın məktəb-studiyasının violin ixtisası üzrə IV sinif şagirdi, respublika müsabiqəsi laureatı Xədicə Mehdiyeva (müəllim Gülnarə Quliyeva) üçüncü yerə layiq görülüb.
Almaniya, Rusiya, Türkiyə, Avstriya, Çin, Rumıniya və s. ölkələrin təmsil olunduğu müsabiqədə Xədicə Mehdiyeva II yaş qrupunda çıxış edib. İlk dəfə beynəlxalq müsabiqədə iştirak edən yeniyetmə ifaçı həyəcana baxmayaraq uğurla çıxış edib və münsiflərin rəğbətini qazanıb. Xədicə münsiflər tərəfindən İtaliyada keçiriləcək daha bir beynəlxalq müsabiqəyə dəvət olunub.
Onun proqramı texniki cəhətdən çətin və rəngarəng
idi. Repertuara həm klassik, həm Azərbaycan musiqisi daxil idi. Xüsusən də Arif Məlikovun “Məhəbbət
əfsanəsi” baletindən
“Məhmənə-Banu və
vəzir” səhnəsini
vurğulamaq olar.
Xədicə BMA-nın məktəb-studiyasında
həm violin, həm də fortepiano sinfində təhsil alır. Yeniyetmə ifaçı
Bolqarıstandan gözəl
təəssüratlarla vətənə
dönüb. O öz
üzərində çalışaraq
yeni müsabiqələrə
hazırlaşır.
Mədəniyyət.- 2015.- 16 oktyabr.- S.
10.