Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun illik toplantısı

 

Ölkəmizi Azərbaycan Turizm Menecment Universitetinin rektoru Cəfər Cəfərov təmsil edib

 

Mərakeş Krallığının Kasablanka şəhərində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC) İcraedici Şurasının növbəti, 6-cı illik toplantısı keçirilib.

 

29 ölkədən 200 universitetin daxil olduğu konsorsiumun toplantısında Türkiyə, Pakistan, İtaliya, Gürcüstan, Hindistan, Çin, ABŞ, Fransa, Malayziya, Bolqarıstan s. ölkələrin ali məktəb rəhbərləri, eləcə ölkəmizdən Azərbaycan Turizm Menecment Universitetinin rektoru Cəfər Cəfərov iştirak edib.

İclasda üzv ali təhsil müəssisələri arasında elmi şəbəkənin inkişaf etdirilməsi, “İpək Yolu təhsili elm karvanı”na dair yeni ideyalar, elm texnologiya üzrə tematik forum İpək Yolu mədəniyyətləri, ali təhsildə ən yaxşı idarəetmə təcrübələri, birgə tədqiqat layihələrini başqa mövzuları müzakirə ediblər. Toplantıda qlobal regional iqtisadiyyat, distant təhsilin əhəmiyyəti, İpək Yolu coğrafiyasında regional problemlərin turizmə təsiri, eləcə regionda enerji layihələri sair mövzularda aktuallığı ilə diqqətçəkən məruzələr dinlənilib.

Tədbir çərçivəsində Azərbaycan Turizm Menecment Universiteti ilə Mərakeşin Kasablanka II Həsən Universiteti arasında “Ali təhsildə mükəmməlliyin təbliğinə təkan verənanlaşma memorandumu, habelə Türkiyənin Çanaqqala 18 Mart Universiteti ilə əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Qeyd edək ki, 2010-cu ildə əsası qoyulan Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun məqsədi İpək Yolu üzərində yerləşən ölkələrdə təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, akademik inkişafın dəstəklənməsi ilə zəngin mədəni irsin bərpası qorunması, eləcə bu sahədə prioritet istiqamətlərin müəyyənləşdirilməsidir.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 9.