Metro stansiyasında “Dünya rəssamları” sərgisi

 

Oktyabrın 15-də “N.Nərimanov” metro stansiyasının keçidlərində “Bakı MetropoliteniQSC-ninAtraBank” ASC ilə birlikdə təşkil etdiyiDünya rəssamları” sərgisi açılıb.

Mərasimdə “Bakı MetropoliteniQSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev və maliyyə departamentinin xidmət şöbəsinin rəisi Lalə Babayeva, “AtraBank”ın baş direktoru Pərvin Nəbiyev çıxış edərək, sərginin məram və məqsədləri barədə məlumat veriblər. Bildirilib ki, bu, “Bakı MetropoliteniQSC-ninMetroGallery” layihəsi çərçivəsində həyata keçirdiyi üçüncü sosial aksiyadır. Bundan əvvəl bu stansiyanın keçidlərində talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. “Gənclik” metro stansiyasında isə foto əsərlərdən ibarət sərgi hazırda davam edir.

Dünya rəssamları” sərgisinin keçirilməsində əsas məqsəd paytaxt sakinlərinin və qonaqların diqqətini dünyanın təsviri sənət dahilərinin əsərlərinə yönəltməklə xüsusən gənclərin, uşaqların maraq dünyasını zənginləşdirmək, insanlara xoş ovqat bəxş etməkdir.

Sərgidə dünyanın məşhur rəssamlarının 85 rəsm əsərinin reproduksiyası nümayiş etdirilir. Onlardan 15-i avtoportretdir. Stendlərin yerləşdirildiyi guşələrdə əsərlər və müəllifləri haqqında üç dildə (Azərbaycan, ingilisrus) məlumat yerləşdirilib.

Dünya rəssamları” sərgisi 2016-cı il aprelin 15-nə kimi davam edəcək.

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 8.