İtaliya qəzeti Bakının görməli
yerlərindən yazıb
İtaliyanın “Corriere della sera” qəzetinin saytında Azərbaycanın paytaxtı Bakının görməli yerləri ilə bağlı yazı və fotoreportaj yerləşdirilib.
Yazıda qeyd olunur ki, tarixi tikililər ilə müasir arxitektura nümunələrinin bir araya gəldiyi, meqapolisə çevrilmiş Bakı Qafqazın ən böyük şəhəridir. Bildirilir ki, şəhərin əsas tarixi mərkəzi sayılan İçərişəhər UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Buradakı Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr Bakının qədim simasını özündə əks etdirir. Şəhərin gecə görüntüsünə rəng qatan “Alov qüllələri” kompleksi Azərbaycanın əsas elementlərindən olan atəşi simvolizə edir.
Müəllif Abşeronun Məhəmmədi
kəndi yaxınlığındakı “Yanardağ”
barədə də məlumat verir.
Vurğulayır ki, bu
ecazkar məkan Azərbaycanın “Odlar yurdu”
adlanmasının heç də təsadüfi
olmadığını göstərir.
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 8.