Lənkəran teatrında “Göyçək
Fatma”nın premyerası
Nəcəf bəy Vəzirov
adına Lənkəran Dövlət
Dram Teatrında Azərbaycan
xalq nağılının
motivləri əsasında
Ağacəfər Fətullayevin
səhnələşdirdiyi “Göyçək Fatma” tamaşasının premyerası
olub. Məktəbyaşlı uşaqların maraqla
baxdıqları tamaşanın
quruluşçu rejissoru
Əməkdar artist Təvəkkül
Əliyev, rəssamı
Tərlan Sadıqov, musiqi tərtibatçısı
Fərahim Fərəcovdur.
Rolları Əbülfəz
Axundov, Zemfira Nəcəfova, Aynur Əhmədova, Emin Fərzullayev, Gülər
Kərimova, Sayad Əliyev, Hikmət Cəfərov və digərləri ifa edirlər.
Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 7.