"Gecəyarısı"
Londonda
Xalq yazıçısı Elçinin əsəri əsasında musiqili tamaşanın premyerası
Britaniyada fəaliyyət göstərən
"Alov" teatrının təşkilatçılığı
ilə Londonun "St.
James" teatrında Xalq
yazıçısı Elçinin “Cəhənnəm
sakinləri” pyesinin motivləri əsasında
hazırlanmış "Gecəyarısı" (“Midnight”) adlı musiqili
tamaşanın premyerası olub.
“Alov” teatrının prodüseri Sənan Əliyev bildirib
ki, tamaşanın quruluşçu
rejissoru Matthev Qold, musiqi tərtibatçısı
isə Ceyms Klivdir.
Tamaşanın musiqisi və sözləri
Lourens Mark Whyte və Timoti Knepmen tərəfindən yazılıb. Rolları “West End” teatrının aktyorları
Devid Hanter, Rebekka Trehern, Nikolas Kolikos və başqaları oynayırlar.
Devid Hanter Londonun “West End” teatrında səhnəyə
qoyulmuş “Bir dəfə” (“Once”) müzikli
ilə tanınır,
həmçinin Britaniyanın
İTV kanalında keçirilmiş
“Superstar” proqramının yarımfinalçısıdır.
Rebekka Trehern “Mələklər şəhəri” (“City of Angels”), Nikolas Kolikos isə məşhur “Bodyguard” müziklindən
tamaşaçılara tanışdır.
Tamaşanın premyerasında teatr tənqidçiləri, prodüserlər,
rejissor və musiqiçilər iştirak
ediblər.
Səhnə əsərində hadisələr
1937-ci ildə Bakıda
baş verir. Tamaşa dövrün
bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini
qoruyub saxlayan azərbaycanlı ziyalı
ailəsində, ər-arvadın
təzadlı tale yolundan
bəhs edir. Teatr tənqidçiləri tamaşanı
yüksək qiymətləndiriblər.
Sənan Əliyev bildirib ki, əsərin tam səhnələşdirilməsi 2016-cı ildə planlaşdırılır. Bundan sonra
tamaşanın Britaniyada
regional teatrlarda da nümayişi nəzərdə
tutulur. Tamaşa
barədə əraflı
məlumatı bu linklərdə oxumaq olar:
www.midnightmusical.com
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 5.