Milli İncəsənət Muzeyində
təqdimat mərasimi
Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyası və bu ölkənin "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə edib.
Oktyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində xatirə simvolunun təqdimat mərasimi keçiriləcək.
Mərasimdə dövlət və hökumət rəsmiləri, Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyasının və "Kyodo News" informasiya agentliyinin nümayəndə heyəti, Bakıda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak edəcəklər.
1945-ci ilin 6 avqustunda ABŞ tərəfindən Yaponiyanın Xirosima şəhərinə atom bombası atılıb. On minlərlə dinc insan misli görünməmiş dəhşətli faciənin qurbanına çevrilib. Bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar öz üzərində daşıyırlar. Xirosima qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir.
Azərbaycanla bərabər artıq bir çox ölkələrə
hədiyyə edilmiş xatirə simvolu əbədi sülh
arzulayaraq dua edən Kanon ilahəsinin monolit yonulmuş barelyefi şəklindədir.
"Sülh naminə Daş"
xatirə simvolunun Milli
İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil
edilməsi faciə qurbanlarının anım rəmzi olmaqla yanaşı Azərbaycan-Yaponiya mədəni
əlaqələrinin inkişafına töhfədir.
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 3.