Gədəbəy Aşıq Məktəbində "Ustad dərsi"

 

Gədəbəy Aşıq Məktəbində "Ustad dərsi" rubrikasında növbəti görüşə tanınmış saz ifaçısı, Ümumdünya Folklor Festivalının qalibi, beynəlxalq müsabiqələr laureatı Zahid Aslanoğlu dəvət olunub. Onlarla yetirməsi olan ustad ifaçı yaradıcılıq fəaliyyətindən, sənətə olan marağından danışaraq məşhur ifaçılarla birgə konsertlərdəki çıxışlarından söz açıb.

Məktəbin dərs otaqları, saz muzeyi və səsyazma studiyası ilə tanış olan Zahid Aslanoğlu folklor ansamblının üzvlərinə tövsiyələr verib, uğurlar diləyib. Daha sonra bir neçə saz havası ifa edən sənətkar, həm də saz alətinin quruluşu, ifa texnikası barədə də fikirlərini bölüşüb.

Qeyd edək ki, Zahid Aslanoğlu haqqında “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Dağların ustad aşığı" adlı televiziya filmi çəkilib.

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 15.