Azərbaycan və Moldova rəqsləri poçt markalarında

 

18 oktyabr - Müstəqillik Günü münasibətilə Azərbaycanın Moldovadakı səfirliyində iki ölkənin xalq rəqslərinə həsr edilmiş poçt markalarının təqdimatı keçirilib. Poçt markalarının buraxılışı Azərbaycanın Moldovadakı səfirliyinin təşəbbüsü, Azərbaycanın “Azərmarka” və Moldovanın “Poşta Moldovei” müəssisələrinin birgə fəaliyyəti sayəsində mümkün olub. Mərasimdə ölkəmizin Moldovadakı səfiri, Azərbaycan Filatelistlər İttifaqının sədri Namiq Əliyev, Moldovanın mədəniyyət naziri Monika Babuk, “Azərmarka” MMC-nin direktoru İntiqam Bağırlı və “Poşta Moldoveinin baş direktorunun müavini Sergey Batyuşka çıxış ediblər. Tədbirdə Azərbaycan və Moldova xalq rəqslərinə həsr edilmiş poçt markalarına rəsmi poçt ştempeli vurulması mərasimi də keçirilib.

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 14.