ABŞ-da “Azərbaycan Evi”nin
bir yaşı tamam olub
ABŞ-ın Nyu-York şəhərindəki “Azərbaycan
Evi” bir il öncə
fəaliyyətə başlayıb.
Qurumun rəhbəri, əslən Şəkidən
olan soydaşımız
Münəvvər Vahabova
bildirir ki, mədəniyyət ocağı
həm də restoran kimi fəaliyyət
göstərir: “Milli musiqimizi, mətbəximizi
başqa xalqlara tanıtmaq məqsədilə
müxtəlif tədbirlər
təşkil edirik. Nyu-Yorkla yanaşı, başqa ştatlardan gələn müxtəlif xalqların
nümayəndələrində ölkəmiz haqqında aydın təsəvvür
yaratmağa çalışırıq.
Milli bayramlarımızı yüksək
səviyyədə qeyd
edirik”.
Həmsöhbətim qeyd edir ki, ötən
bir ildə Azərbaycanla bağlı
tarixi həqiqətləri,
ölkəmizin üzləşdiyi
hərbi təcavüz,
Qarabağ münaqişəsi
haqqında məlumatları
da yerli ictimaiyyətə çatdırıblar:
“Amerikada yaşayan soydaşlarımıza, gənc
nəslə adət-ənənələrimizi
yaşatmaqda dəstək
olmağa səy göstəririk. Xoşbəxtəm ki, Amerikaya gəldiyim gündən arzusunda olduğum “Azərbaycan Evi”ni yarada bildim”.
Soydaşımız bildirir ki, gələcəkdə
restoranı böyük
mədəniyyət mərkəzinə
çevirmək istəyir. Burada yeməklərimiz
azərbaycanlı aşpaz
tərəfindən bişirilir.
Müştərilərə Şəki pitisindən
tutmuş Lənkəran
ləvəngisinə qədər
bütün milli yeməklərimiz təqdim
edilir. Canlı milli musiqilər
də ifa olunur. Milli musiqiçilərin sayı çox olmadığından onları
bir ansamblda toplamaq hələlik baş tutmur. “Azərbaycan Evi”
gələcəkdə ölkəmizi
tanıtmaq üçün
daha böyük layihələr gerçəkləşdirmək
niyyətindədir.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 14.