“Yuğ”
teatrında Vaqif İbrahimoğlunun
xatirəsi anılıb
Oktyabrın 18-də tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun anadan olmasının 66, onun yaratdığı Dövlət “Yuğ” Teatrının isə 26 yaşı tamam olub.
Bu münasibətlə
oktyabrın 17-də Dövlət “Yuğ”
Teatrında rejissorun sonuncu
quruluşlarından olan A.P.Çexovun
“Albalı bağı” pyesi əsasında
hazırlanmış “Birinci akt” tamaşası nümayiş
etdirilib. Tamaşada əməkdar
artistlər Vidadi Həsənov, Fərhad İsrafilov, Məmməd Səfa, Sonaxanım
Mikayılova, aktyorlar Yaqut
Paşazadə, Oqtay Mehdiyev,
Natəvan Qeybani, Qasım Nağı və
başqaları iştirak ediblər.
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 13.