Musiqili Teatrın aktyoru
Əzizağa Əzizov 55 yaşını qeyd
edir
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, respublikanın Əməkdar artisti fəxri adına layiq görülən Əzizağa Əzizov doğum gününü qeyd edir.
55 yaşı tamam olan aktyor deyib: “Təqribən 25 ildir ki, ad günümü təntənəsiz-təmtəraqsız - çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Bu il də istisna olmayacaq. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamıya “Sağ olun! Var olun!” deyirəm. Bildiyiniz kimi bu yaxınlarda Əməkdar artist fəxri adına layiq görüldüm. Sənətimi bu cür yüksək qiymətləndirdiyinə görə bir daha ölkə başçısına - Prezident İlham Əliyev cənablarına təşəkkür edirəm. Doğum günüm ərəfəsində mənə verilmiş bu yüksək qiyməti 55 illik yubileyimlə bağlı ən böyük hədiyyə hesab edirəm”.
Əzizağa Ağayar oğlu Əzizov 1960-cı il
oktyabrın 20-də anadan olub.
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun musiqili komediya aktyoru fakültəsini
bitirib. İş fəaliyyətinə
1985-ci ildə Gəncə Dövlət Dram
Teatrında başlayıb. 1986-cı ildən Azərbaycan
Dövlət Opera və Balet
Teatrında fəaliyyətini davam etdirib. 1989-1990, 1994-1995-ci illərdə Azərbaycan
Dövlət Musiqili Komediya
Teatrında işləyib. Müəyyən fasilədən sonra - 1999-cu ildən bu
günə kimi Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Azərbaycan
dramaturqlarının, eləcə də, xarici
ölkə yazıçılarının əsərlərində
onlarla yaddaqalan surətlər
yaradıb. Bir sıra serial
və filmlərdə, o cümlədən,
“Aramızda qalsın” (Əjdər), “Yaşıl eynəkli
adam-3” (Serjant), “Qardalı kəndinin gecələri”
(Xasməmməd), “Bir ailəm var” (Vidadi) və başqa obrazları canlandırıb.
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 12.