“Mənim quramam”
Bakıda gənc quramaçı rəssam Humay Zahirqızının əl işlərindən
ibarət “Mənim quramam” adlı xeyriyyə
sərgisi açılıb. “Olimpik Star” idman-əyləncə kompleksində reallaşan sərgidə müəllifin 150-dək
sənət əsəri nümayiş olunub. Yerli və xarici qonaqların da
qatıldığı sərgi böyük
maraqla qarşılanıb. Bu, Humay
Zahirqızının sayca 9-cu fərdi sərgisidir.
Müxtəlif beynəlxalq müsabiqələrdə uğur qazanan rəssam “Türk mədəniyyətinə xidmətlərinə”
görə mükafata layiq
görülüb. Türkiyənin Ankara, İzmir, Samsun və Ordu şəhərlərində
fərdi sərgiləri keçirilib.
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 10.