Elmi-metodik seminarda aktual mövzu
Oktyabrın 19-da Azərbaycan Turizm və Menecment Universitetinin dillər kafedrasında “Azərbaycan dilində yazılı və şifahi nitq problemləri” mövzusunda elmi-metodik seminar keçirilib. Seminarda gənclərin nitqində ciddi qüsurların olduğu, xüsusilə yazılı nitqin kasadlığı, bunun tələbələrin yazdıqları esselərdə özünü açıq şəkildə göstərdiyi, çoxsaylı üslub, durğu işarələri və orfoqrafik səhvlərə yol verildiyi qeyd edilib.
Gənclərin şifahi nitq bacarıqlarının aşağı olması da müzakirə mövzusu olub. Şifahi nitqdə lüğət ehtiyatının kasadlığı ucbatından ortaya çıxan nöqsanlar, vulqar sözlərdən istifadə, yersiz təkrarlar cümlədə söz sırasının pozulması və s. hallar əsas problemlər hesab edilib. Azərbaycan dili və nitq mədəniyyəti fənninin tədrisi səviyyəsinin yüksəldilməsi istiqamətində müəllimlər arasında fikir mübadiləsi aparılıb.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 10.