Azərbaycan xalçası: ənənə, bu gün və gələcəyə baxış

 

Azərbaycan Xalça Muzeyində qədim xalq sənəti ilə bağlı elmi-praktik seminar keçirilib. Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə xalça sənətində mövcud olan problemlərin araşdırılması, qədim və müasir xalça nümunələrinin qorunub saxlanması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Muzeyin direktoru Röya Tağıyeva qeyd edib ki, müasir qloballaşmauniversallaşma dövründə milli sərvətimizin qorunub saxlanılması mühüm önəm kəsb edir. Çünki universallaşmaq mədəni irs üçün həyəcan siqnalı deməkdir.

Azərbaycanın müxtəlif regionlarından olan peşəkar xalça mütəxəssisləri, xalça rəssamları çıxışlarda təəssüflə bildiriblər ki, Azərbaycan xalçaları Pakistan və Çində “konveyerüsulu ilə keyfiyyətsiz şəkildə istehsal edilərək dünyada, o cümlədən ölkəmizdə satışa çıxarılır. Bu, Azərbaycan xalçaçılıq sənətinin imicinə xələl gətirir, xalq ustalarının fəaliyyətində maneələr yaradır.

Seminarda “Azərbaycan xalçalarının keyfiyyət göstəricilərinin fərqli cəhətlərinin izahı”, “Xalça sənətinin təhsil sistemində təkmilləşdirilməsi məsələləri”, “Xaricə ixrac olunan Azərbaycan xalçalarının milli xüsusiyyətlərinin, yüksək keyfiyyətinin üstünlüklərinin araşdırılması” və s. mövzular müzakirə olunub, problemlərin həlli istiqamətində konkret təkliflər irəli sürülüb.

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 8.