Türkdilli ölkələrin teatr
festivalları davam etdiriləcək
Oktyabrın 8-dən 10-dək Türkmənistanın
qədim Marı (Mərv) şəhərində
“Türk Dünyası
Mədəniyyət Paytaxtı
- 2015” ili çərçivəsində TÜRKSOY-a üzv ölkələrin
Teatr Direktorları Baş Şurasının
4-cü toplantısı gerçəkləşib.
Tədbirdə TÜRKSOY ölkələri Teatr Direktorları Baş Şurasının
koordinatoru, Azərbaycanın
TÜRKSOY-dakı təmsilçisi
Elçin Qafarlı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, quruma üzv ölkələrin teatrlarının
təmsilçiləri iştirak
edib.
Bu barədə məlumat verən Elçin Qafarlı toplantının
açılışının Marı vilayəti Kəminə adına
Dövlət Dram Teatrında
keçirildiyini bildirdi.
Əvvəlcə teatrın qarşısında
Türkmənistan sənətçilərinin
konsert proqramı və teatr tamaşalarından
parçalar nümayiş
etdirilib. Sonra iştirakçılar teatrın
tamaşalarında istifadə
edilən geyim və dekorasiyalardan ibarət sərgi ilə tanış
olublar.
Toplantını Türkmənistan Alp Arslan
Milli Dram Teatrının
baş direktoru Handurdu Berdiyev açıb. Şura üzvləri öz
ölkələrində teatr
sahəsində fəaliyyətləri
ilə bağlı çıxış ediblər.
Çıxışlardan sonra Türkiyə,
Qazaxıstan və Tatarıstan teatrlarının
heyətləri tamaşaçılara
qısa tamaşalar göstəriblər.
Sonra toplantı
Marı Dövlət Muzeyində davam edib. İştirakçılar bu mübadilə
və işbirliyinin inkişaf etdirilməsi üçün türkdilli
ölkələrin teatr
festivallarının davam
etdirilməsinin vacibliyini
vurğulayıblar. Şura
adından Tuva Respublikası (RF) V.Kok-olla
Milli Musiqi Dram Teatrının 80 illiyi münasibətilə direktoru
Stanislav İrili və “Çitgen” Hakas Dram və Etnik Musiqi Teatrının
25-ci mövsümü münasibətilə
direktor Vitali Kanziçakovu təbrik ediblər.
Sonda toplantının
bəyannaməsi qəbul
edilib.
Mehparə Sultanova,
Ankara
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 6.