Avrasiya dağ kurort konfransı

 

14-16 oktyabr tarixində Koreya Respublikasının Ulsan şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının II Avrasiya Dağ Kurort Konfransı keçirilib.

Konfransda Şahdağ Turizm Mərkəzi direktorunun birinci müavini Rüstəm Nəcəfov iştirak edib. O, “Məhsul inkişafı, diversifikasiya və yeniliklər: demoqrafik çağırışlara cavab vermək və müəyyən edilmiş bazarlarda yeni müştərilərin tapılmasına yönəlmiş strategiyalarmövzusu üzrə paneldə çıxış edib. R.Nəcəfov Şahdağ Turizm Mərkəzində həyata keçirilən işlər və gələcək planlar haqqında məlumat verib, auditoriyanın suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 4.