Milli
Konservatoriyada Fəxrəddin Dadaşovun yubileyi qeyd olunub
Oktyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, Prezident təqaüdçüsü, professor, mahir kaman ifaçısı Fəxrəddin Dadaşovun 65 illik yubileyi qeyd olunub.
Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək Fəxrəddin Dadaşovu təbrik edib, onun yaradıcılıq yolu, Azərbaycan ifaçılıq sənətində xidmətlərindən söz açıb.
Yubiley mərasimində Xalq artisti, tarzən, professor Zamiq Əliyev və digər çıxış edənlər ifaçının həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində konservatoriyanın professor və müəllimləri - xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əməkdar artist Firuz Səxavət, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Mehri Əsədullayeva öz ifaları ilə yubilyarı təbrik ediblər.
Sonda Fəxrəddin Dadaşov yubiley tədbirinin
təşkilinə görə təşəkkürünü
bildirib. Yubilyarın ifasında Hacı Xanməmmədovun
"Yaşa, könül" mahnısının səslənməsi
ilə tədbirə yekun vurulub.
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 11.