Tarixi-mədəni irsimizə dair vəsaitlər Skopyedə nümayiş olunub

 

Makedoniyanın paytaxtı Skopye şəhərinin tarixi “Kursumli An” karvansara-mehmanxanasında 19 ölkə və 4 beynəlxalq təşkilatla əlaqələrin qurulmasının 20 illiyi münasibətilə mərasim keçirilib. İştirakçılar müxtəlif ölkələrin milli guşələrindən ibarət sərgi ilə də tanış olublar.

Azərbaycanın Türkiyədə, eyni zamanda Makedoniyada akkreditə olunmuş səfirliyi tərəfindən tərtib edilən guşədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, o cümlədən ölkəmizin turizm potensialı, mətbəxi, xalçaçılıq sənəti, musiqi alətləri və digər sənətkarlıq nümunələrini əks etdirən əyani vəsaitlər nümayiş olunub və tədbir iştirakçılarına paylanıb.

Makedoniya Respublikasının xarici işlər naziri Nikola Poposki Azərbaycan guşəsində nümayiş etdirilən nümunələrlə tanış olub. Nazir diqqətə çatdırıb ki, ölkəsi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verir.

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S.  9.