“Sevilən
mahnılar axşamı”
Oktyabrın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram konserti keçirilib.
Sarayın təşkilatçılığı ilə keçirilən “Sevilən mahnılar axşamı” adlı konsertdə Xalq artisti, müğənni Bilal Əliyev, Əməkdar artist, skripkaçı Səlim Abbasov, müğənnilər Yaşar Cəlilov, Bahar Lətifqızı, Güllü Muradova, Nicat Cəfərzadə, aşıq Zülfiyyə, Məmməd Nəcəfov və başqaları çıxış ediblər.
Tamaşaçılar incəsənət
ustalarının çıxışlarını
böyük maraqla izləyiblər və ifaları sürəkli
alqışlarla müşayiət ediblər. Musiqi
axşamına Qarabağ müharibəsi veteranları və əlillər
cəmiyyətlərinin üzvləri, onların ailə
üzvləri, kimsəsiz, əlil və Daun sindromlu uşaqlar
da dəvət olunublar.
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 8.