Türkiyə konsulluğunda gənc rəssamın sərgisi

 

Türkiyənin Gəncədəki baş konsulluğunda gənc rəssam Elçin Cəfərovun sərgisi nümayiş etdirilib. Bu münasibətlə keçirilən tədbirdə baş konsul Orhan İşıq, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və başqaları çıxış edərək, Azərbaycanda istedadlı gənclərə yaradılan şəraitdən və gənclərin uğurlarından danışıblar.

Rəssam yaradıcılıq planları barədə məlumat verdikdən sonra sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 6.