Musiqi, incəsənət
və rəssamlıq məktəbləri üçün
metodiki vəsaitlər təqdim olunub
Oktyabrın 20-də Bakı şəhəri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən hazırlanmış 30 adda tədris proqramları və vəsaitlərin təqdimatı keçirilib.
Tədbirdə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirib ki, mədəniyyət müəssisələrinin metodiki təminatı qurumun fəaliyyətinin prioritet istiqamətidir. Bu istiqamətdə mərkəzin gələcək fəaliyyətinin ünvanlı şəkildə təşkil olunması, yəni hər sahə üzrə mədəniyyət müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması olduqca vacibdir.
Qeyd olunub ki, milli və klassik musiqinin təbliğində, uşaq və yeniyetmələr arasında estetik zövqün formalaşmasında, habelə respublikada bədii təhsilin inkişafında musiqi məktəblərinin əvəzolunmaz rolu var. Birgə səylər nəticəsində mədəniyyət müəssisələrinin, xüsusilə uşaq musiqi məktəblərinin cəmiyyətdə populyarlığının artırılması sahənin qarşısında duran strateji vəzifələrdəndir.
Mərkəzin bədii təhsil şöbəsinin
müdiri Natiq Mustafayev hazırlanmış vəsaitlər
haqqında tədbir iştirakçılarına məlumat
verib və nəşrlərin təqdimatı keçirilib. Tədbir
çərçivəsində mərkəzin baş metodisti
Rauf İmanovun yazdığı kitabın təqdimatı da
olub.
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 6.