“Qisas almadan
ölmə...” Tbilisidə maraqla qarşılanıb
Gürcüstanın paytaxtında keçirilən kinofestivalda Xalq artisti, tanınmış rejissor Oqtay Mir Qasımın "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi nümayiş olunub.
Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda çıxış edənlər rejissorun yaradıcılığından söz açıblar, “Qisas almadan ölmə...” filmi haqqında fikirlərini bölüşüblər.
Oqtay Mir Qasım çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib. Qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından, eləcə də müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa, intiqama çağırış deyil, insana, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur.
Tədbirdə Azərbaycanın
Gürcüstandakı səfirliyinin mədəniyyət və
humanitar məsələlər üzrə müşaviri Samirə
Ağayeva, mədəniyyət və incəsənət xadimləri
iştirak ediblər.
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 6.