İrəvan teatrının bölgə səfərləri

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 5-15 oktyabr tarixində Astara, Lənkəran, Cəlilabad, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Samux, Göygöl rayonlarında, eləcə də Ağcabədi rayonundakı “N” saylı hərbi hissədə qastrol səfərlərində olub.

Kollektiv İftixarın “Nurlu ömrün anları”, “İşıqlı, nurlu sabah” pyesləri əsasında hazırlanmış "Qalx ayağa, Azərbaycan" tamaşası ilə çıxış edib. Səhnə əsəri ümummilli lider Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edir.

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 6.