Milli Kitabxanada
ALISA proqramı üzrə növbəti treninq
yekunlaşıb
Avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Azərbaycan Milli Kitabxanasında treninqlər davam edir.
“Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” növbəti 10 günlük treninqinin iştirakçılarına sertifikatlar təqdim olunub.
Milli Kitabxananın və “Ultra” şirkətinin
əməkdaşlarının keçirdiyi treninqdə Yevlax,
Laçın, Füzuli, Tərtər, Lerik, Xocavənd, Qəbələ,
Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və
Respublika Gözdən Əlillər Kitabxanasından mütəxəssislər
iştirak ediblər. İştirakçılar Milli Kitabxanada
gedən yeni iş üsulları, yeni xidmət növləri
ilə əyani tanış olublar.
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 5.