Naxışlar aləminə səyahət

 

Şagirdlər Xalça Muzeyində olublar

 

Paytaxtın Xətai rayonunda yerləşən 25 nömrəli tam orta məktəbin bir qrup şagirdi Azərbaycan Xalça Muzeyinin qonağı olub.

Muzeydən bildirilib ki, məktəblilərə xalça sənəti və xalçaçılıq məktəbləri haqqında geniş məlumat verilib.

Uşaq muzeyi şöbəsinin “Naxışlar aləminə səyahət”, “Özün toxu”, “Öz xalçanı yarat” və “Face-art” kimi təqdimatları şagirdlər tərəfindən maraqla qarşılanıb. “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunması) adlı oyunda fərqlənən şagirdlər təşəkkürnamələrlə təltif olunub.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 15.