Tokioda Azərbaycan
musiqisi axşamı
Tokionun Vaseda Universitetində Azərbaycan musiqisi axşamı təşkil olunub. Universitetin professoru Hiroaki Mohri ali məktəbin tələbələrinin Azərbaycana səfərə hazırlaşdığını bildirib. Qeyd edib ki, tələbələr paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarında olacaq, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin tələbələri ilə fikir mübadiləsi aparacaqlar.
Yaponiyada yaşayan azərbaycanlı
pianoçu, beynəlxalq müsabiqələr laureatı
Gülnarə Azuma-Səfərova tələbələrə
Azərbaycan milli musiqisi haqqında mühazirə oxuyub. Qeyd
edib ki, Azərbaycan milli musiqisinin əsasında muğam və
aşıq musiqisi dayanır. Hər iki sənət
növü qədimliyi ilə fərqlənməklə
yanaşı, həm də ətraf regionda böyük
populyarlığa malikdir. Azərbaycan muğamının və
aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edildiyi xüsusi vurğulanıb.
Bildirilib ki, Şərqdə ilk opera musiqisinin
yaradıldığı Azərbaycanda klassik musiqinin əsasında
da muğam və aşıq musiqisi dayanır. Tələbələrin
mövzu ilə bağlı sualları
cavablandırılıb. G.Azuma-Səfərovanın pianoda ifa
etdiyi Azərbaycan musiqisi nümunələri maraqla
qarşılanıb.
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 15.