“Beynəlxalq məktəb
kitabxanaları günü” qeyd olunub
“Beynəlxalq məktəb kitabxanaları günü” UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. Oktyabrın 22-də bu münasibətlə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları - Uşaq şöbəsinin müdiri Sevil Namazova, metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova 158 saylı orta məktəbdə uşaqlarla görüş keçiriblər.
Görüşdə əsas məqsəd
uşaqların kitaba, mütaliəyə marağının
artırılması, onların kiçik yaşlardan kitabxana
ilə tanışlığı idi. 1-ci sinif şagirdləri
oxuduqları nağıllar, hekayələr barədə
danışıblar. Məktəbin rəhbərliyi MKS-nin əməkdaşlarına
təşəkkürünü bildirib.
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 14.