“Qanlı Yanvar”
Braziliyada nümayiş olunub
Kinorejissor Vahid Mustafayevin Azərbaycanın müstəqillik tarixinin hüzn və şərəf səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu beynəlxalq Monstra film festivalında nümayiş olunub.
Azərbaycanın Braziliyadakı səfiri Elnur
Sultanov və Braziliyanın dövlət rəsmilərinin də
qatıldığı təqdimatdan sonra film böyük
maraqla qarşılanıb. "Qanlı Yanvar" filmi ölkəmizi
bu festivalda təmsil edən ilk filmdir. Noyabrın 4-dək davam
edəcək festival çərçivəsində film
beş dəfə nümayiş olunacaq. Bu vəsilə ilə
festival iştirakçıları ölkəmiz haqqında da
məlumat əldə edəcəklər.
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 10.