Britaniyalı jurnalist Azərbaycan turizmi haqqında

 

Londonda nəşr edilən “City AM” qəzetində Azərbaycan turizmi və bölgələrimizin gözəlliklərindən bəhs edilən məqalə dərc olunub. Qəzetin müxbiri Aleks Dudok de Vit ölkəmizi ziyarət etdikdən sonra təəssüratlarını oxucularla bölüşüb. Müəllif qeyd edir ki, Azərbaycanda turistlər üçün hər cür şərait yaradılıb. O, ölkəmizin coğrafi mövqeyi, ziyarət etdiyi Bakı, Şəki, İsmayıllı və başqa şəhər və rayonlarımızdakı gözəlliklər barədə oxucuları məlumatlandırır.

Azərbaycanın tarixi abidələri, mətbəxi, mədəniyyəti və s. haqqında geniş məlumat verən müxbir Şəkidəki memarlıq abidəsi - Şəki xan sarayı, Bakıdakı “Atəşgah məbədi”nin qədim dövrlərin mədəniyyət inciləri olduğunu vurğulayır. Müəllif Azərbaycan xalqının qonaqpərvər və mehribanlığını da xüsusi qeyd edir.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 9.