İstedadlar sorağında

 

Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə Horadiz şəhərindəki Muğam Mərkəzində “İstedad sorağında” adlı rəqs müsabiqəsi keçirildi.

Rayonun 24 mədəniyyət müəssisəsinin qatıldığı müsabiqədə təqdim olunan ifalar tamaşaçıların alqışları ilə qarşılandı. Xalq havalarına və digər könülaçan musiqi nömrələrinə süzən çiçək qızların səhnədə yaratdıqları görüntülər hər kəsin könül dünyasını riqqətə gətirdi.

Musiqi məktəbləri müəllimləri və mədəniyyət müəssisələri işçilərindən ibarət münsiflər heyətinin qərarı ilə Horadiz şəhər Mədəniyyət evinin “Bənövşə” rəqs kollektivi 1-ci, Böyük Bəhmənli kənd Mədəniyyət evinin, “Qəmərim” rəqs qrupu və rayon Mədəniyyət evinin “Sevinc” rəqs kollektivi 2-ci, Bala Bəhmənli kənd Mədəniyyət evinin “Bənövşə” rəqs kollektivi 3-cü yerə layiq görüldü. Qaliblərə fəxri fərmanlar təqdim edildi.

 

Kərəm Salahoğlu

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 8.