Dünya uşaqların gözü ilə

 

Oktyabrın 21-də Şəki şəhər MKS-nin uşaq şöbəsində 10 saylı məktəbin şagirdi - fəal oxucu Əli Məmmədlinin “Dünya uşaqların gözü ilə” adlı sərgisi təşkil olunub. Uşaq şöbəsinin biblioqrafı Könül Kərimova balaca rəssamın əl işləri haqqında məlumat verib. Sonra sərgiyə baxış keçirilib.

Tədbirin sonunda MKS-nin direktoru Seyid Vahabov Əli Məmmədliyə Mədəniyyət və Turizm Şöbəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Rayon Komitəsi adından fəxri fərman və hədiyyə təqdim edib.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 7.