“...Mən inamın övladıyam”

 

Oktyabrın 23-də Neftçala rayon Mərkəzi kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilmiş “Yaradıbdır inam məni, mən inamın övladıyam” adlı ədəbi-bədii gecə keçirilib.

MKS-nin direktoru E.Kazımova, tədbirin aparıcıları Z.Axundova, R.Xankişiyeva və digər çıxış edənlər şairin yaradıcılığından söz açıblar. Rayon Mədəniyyət mərkəzi musiqiçilərinin ifası gecəyə rəng qatıb. Sonda ədəbi-bədii gecədə fəal iştiraklarına görə 4 saylı məktəbin şagirdlərinə fəxri fərmanlar təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 6.