Azərbaycanlı
dirijor Belarusda “İolanta” operasını idarə edib
Belarus Akademik Dövlət Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “İolanta” operası təqdim olunub. Anşlaqla keçən və dinləyicilər tərəfindən maraqla qarşılanan operanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.
Ə.Quliyev bildirib ki, tamaşada İolanta obrazını Belarusun məşhur opera müğənnisi, Əməkdar artist Anastasiya Moskvina canlandırıb. Tamaşanın quruluşçu rejissoru professor Marqarita Yelizaryeva, quruluşçu rəssamı Ernst Qeydebrext, baş xormeysteri Belarusun Xalq artisti Nina Lomanoviç olub.
Tamaşadan sonra Belarus Dövlət Opera
Teatrının direktoru Vladimir Qridyuşko azərbaycanlı
dirijora və bütün yaradıcı heyətə öz
minnətdarlığını bildirib, eyni zamanda Azərbaycan
və Belarus dövlət opera teatrları arasında genişlənən
və uğurla inkişaf edən əlaqələri xüsusi
qeyd edib.
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 5.