"Bu sizsiniz" - rəsm müsabiqəsi

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Xətai Sənət Mərkəzi tərəfindən "Bu sizsiniz" adlı rəsm müsabiqəsi keçirilir. Azərbaycanın turizm sektorunun inkişafına dəstək məqsədi daşıyan müsabiqəyə portret janrında fərqli üslub və icra texnikasında (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə və s.) əsərlər qəbul olunur. Oktyabrın 15-dək Xətai Sənət Mərkəzinin facebook səhifəsinin () mesaj qutusuna göndərilən işlərin fotoları münsiflər tərəfindən dəyərləndirilir. Seçiləcək işlərin müəllifləri oktyabrın 31-də saat 17:30-da Xətai Sənət Mərkəzinə gələrək, öz bacarıqlarını canlı olaraq nümayiş etdirəcəklər. Sonra qaliblər müəyyən edilərək mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 4.