"Sarıtel” - gənc aşıqların səs incisi"

 

Azərbaycan Aşıqlar Birliyi növbəti layihəni yekunlaşdırmaq üzrədir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə "Sarıtel” - gənc aşıqların səs incisi" adlanır. Layihə çərçivəsində gənc aşıqların ifalarının yer aldığı audio disk hazırlanıb.

Bu barədə məlumat verən Aşıqlar Birliyinin katibi Musa Nəbiolğlunun sözlərinə görə, diskdə gənc aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Kərimov, Qabil Abdıyev, Qərib Quliyev, Əli Zeynalabdinov, Asif Xasanoğlu, Şirin Şirinzadə, Samir Allahverdiyev, Familə İsgəndərova, Şəhriyar Şahverdiyev, Məsim Rəcəbov, Ayaz Buludov və Pərviz Mübarizoğlunun, eləcə də, "Rasim" (bədii rəhbər - Əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlu), "Çeşmə" (bədii rəhbər - Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı), "Buta" (bədii rəhbər - Sahib İsmiyev) və "Misri" qruplarının ifasında saz havaları yer alıb.

Noyabrın 3-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında diskin təqdimatı olacaq.

M.Nəbioğlu qeyd edib ki, gənc aşıqlarla bağlı yeni layihələr də nəzərdə tutulur. Xatırladaq ki, bu ilin may ayında Aşıqlar Birliyinin təşkilatçılığı ilə Dövlət Mahnı Teatrında "Gəncliyin səsi" adlı konsert keçirilib.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 4.