Dünya mədəniyyətinin
qədim irsi
Ağdaş rayon MKS-nin oxu zalında
"Kitabi-Dədə Qorqud" eposunun alman dilinə tərcüməsi,
nəşri və elm aləminə
tanıdılmasının 200 illiyi ilə əlaqədar dəyirmi
masa keçirilib. MKS-nin direktrou Seyfəddin Feyzullayev, MKS-nin
baş biblioqrafı Könül Musayeva, rayon İcra Hakimiyyətinin
nümayəndəsi Möhlüd Hacıxanov "Kitabi-Dədə
Qorqud" eposunu təkcə türk xalqlarının deyil,
dünya mədəniyyətinin qədim irsi kimi dəyərləndiriblər.
Tədbirdə "Dədə Qorqud" filmindən kadrlar
göstərilib, mahnılar səsləndirilib. Sonda sərgiyə
baxış olub.
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 4.