Azadlıq şairinin xatirəsi yad olunub

 

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Xəlil Rza Ulutürkün (1932-1994) doğum günü münasibətilə Salyan şəhərindəki "Ata-oğul" abidəsi önündə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə azadlıq şairinin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Ölməz istiqlal şairi haqqında xatirələr dilə gətirilib. Bildirilib ki, zamanında bütün məhrumiyyətlərə baxmayaraq, şair əqidəsindən, amalından geri çəkilməyib, müstəqilliyimizi tərənnüm edən, zamana və məkana sığmayan poeziyası ilə müstəqilliyimiz uğrunda mücadilə aparıb. Azərbaycan poeziyasında məxsusi yeri olan şairin vətən üçün döyünən ürəyinin səsi bu gün də alovlu misralarında eşidilir..

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 4.