Üzeyir Hacıbəylinin 130 illiyi ilə bağlı sərgi davam edir

 

Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir. 22 sentyabr tarixindən etibarən Muzey Mərkəzində böyük musiqiçinin yubileyinə həsr olunmuş sərgi keçirilir. Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan Dövlət Teatr Muzeyinin materialları əsasında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşalarına çəkilmiş dekorasiyalar, eskizlər, habelə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təqdim etdiyi "Musiqi təsviri incəsənətdə" adı altında rəsm əsərləri və xalça nümayiş olunur.

Sərgi 15 noyabr tarixinədək davam edəcək. Giriş sərbəstdir.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 3.