“Gəncə
avropalı gənclərin gözü ilə”
Tallinin “Artis” intellektual kino mərkəzinin sərgi zalında Azərbaycanın Estoniyadakı səfirliyinin dəstəyi ilə “Gəncə avropalı gənclərin gözü ilə” mövzusunda sərgi açılıb. Sərgi gənc eston fotoqrafı Liis Ryayman tərəfindən təşkil edilib.
Səfirlikdən bildirilib ki, sərgidə
nümayiş olunan fotoşəkillər bu ilin iyul ayında
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” layihəsi
çərçivəsində keçirilmiş beynəlxalq
fotomüsabiqənin mükafatına layiq
görülmüş işlərdir. Fotomüsabiqənin məqsədi
Avropa və Azərbaycan gəncləri arasında əlaqələr
yaratmaq, avropalı gəncləri Azərbaycanın ikinci
böyük şəhərinin timsalında ölkənin mədəniyyəti
ilə tanış etməkdir. Sərgi noyabr ayı ərzində
nümayiş olunacaq.
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 2.